AFFA rəhbərliyi təcili toplantı çağırdı - Nə qərar veriləcək?

09:40 Araşdırma 128
AFFA rəhbərliyi təcili toplantı çağırdı - Nə qərar veriləcək?

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi (İK) Premyer Liqanın XXII turunda baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb.

"Qarabağ" - "Sabah" (3:3) arasında keçirilən turun mərkəzi matçının sonlarında yaşanan gərginlikdə bağlı qərarın verilməməsi müzakirələrə səbəb olub.

Belə ki, Ağdam təmsilçisi matçda üçüncü qolu vurduqdan sonra qonaqların köməkçi məşqçisi Valerio Zuddas rəqibin ehtiyat skamyasına doğru qeyri-etik hərəkət edib.

Mübahisə komandaların futbolçularının, məşqçi heyətinin iştirakına qədər böyüyüb. Nəticədə Ağdam klubunun məşqçiləri Zaur Tağızadə, Müşfiq Hüseynov və "Sabah"dan Valerio Zuddas qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsinin qərarı açıqlanandan sonra hadisənin görüntüləri yayılıb. Buradan aydın olur ki, italiyalı yardımçı həqiqətən qeyri-etik hərəkətə yol verib.

Bu kadrların üzə çıxması İntizam Komitəsini bir daha hərəkətə gətirib. İK növbəti dəfə açıqlama ilə çıxış edərək, matçda baş verən kütləvi davanın hüquqi müstəvidə yenidən araşdırılacağını bəyan edib.

AFFA-nın mətbuat xidməti isə qarşılaşmanın 84-cü dəqiqəsində yaşanan insidentlə bağlı ilkin mərhələdə cəza kəsilməməsinin səbəblərinə aydınlıq gətirib.

Bu gün məsələyə bir daha baxılacaq və toplantı keçiriləcək. AFFA rəhbərliyinin iştirakıyla təşkil olunacaq yığıncaqdan sərt qərarların çıxması gözlənilir.

Zuddasın 5 oyunluq texniki zonadan kənarlaşdırılması, klubun isə 10 min manat məbləğində cərimələnməsi gündəmdədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti