Azərbaycanda təhsil haqqı ləğv ediləcək?

4 Mart 07:40 Araşdırma 545
Azərbaycanda təhsil haqqı ləğv ediləcək?

Gürcüstan son illərdə təhsil sahəsində böyük addımlar atır.

Ölkənin dövlət universitetlərinə qəbul olan tələbələr artıq magistratura səviyyəsində də təhsil haqqından azad ediləcəklər.

Təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisonia bildirib ki, ölkədə ali təhsil tamamilə pulsuz olacaq və mövcud qrant modeli tam dövlət maliyyələşdirilməsinə keçidlə əvəzlənəcək.

Onun sözlərinə görə, bu, dövlət universitetlərinə qəbul olan tələbələrin həm bakalavr, həm də magistr səviyyəsində tamamilə ödənişsiz təhsil ala biləcəyi deməkdir.

Azərbaycanda da tələbələr təhsil haqqından azad oluna bilərlərmi?

Globalinfo.az-a danışan Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva deyib ki, Azərbaycanda ali təhsil pilləsi hələ də qarışıq maliyyə modeli üzərində qurulub:

“Dövlət sifarişi yerlər, ödənişli əsaslar və müxtəlif təqaüd mexanizmləri mövcuddur. Bütün tələbələr üçün təhsil haqqının tam ləğvi hazırkı iqtisadi modeldə real görünmür. Bu addım, ciddi büdcə yükü və struktur dəyişiklikləri tələb edir. Ancaq mümkünsüz də deyil. Bunun üçün üç əsas şərti yerinə yetirmək lazımdır:

1. Dövlət universitetlərinin maliyyə şəffaflığı və büdcənin səmərəli şəkildə xərclənməsi təmin olunsun.

2. Əmək bazarı ilə universitetlər arasında real əlaqə qurulsun.

3.Sosial ədalət prinsipi əsasında mərhələli keçid modeli hazırlansın və həyata keçirilsin”.

Əməkdar müəllim bildirib ki, ilk olaraq strateji ixtisaslar, ya akademik göstəricisi yüksək olan tələbələr üçün tam dövlət maliyyəsi tətbiq oluna bilər:

“Təhsilə xərclənən pul, gələcəyə qoyulan investisiyadır. Amma hər investisiya kimi onun da planı, hesabatlılığı olmalı və nəticələri proqnozlaşdırılmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş