Ürəyi sağlam saxlayan dörd qida – HANSILARDIR?

28 Fevral 07:20 Araşdırma 575
Ürəyi sağlam saxlayan dörd qida – HANSILARDIR?

Kardioloq Natalya Solovyeva ürək sağlamlığı üçün faydalı olan dörd qida kateqoriyası barədə məlumat verib.

O, ilk növbədə ürək sağlamlığı üçün daha çox tərəvəz və göyərti yeməyi tövsiyə edib.

Kardioloq izah edibki, kahı, cəfəri, şüyüd, ispanaq, turşəng, brokoli, gül kələm və balqabağın müntəzəm istehlakı qan təzyiqini normallaşdırmağa və iltihabla mübarizə aparmağa kömək edir.

Solovyeva ürək və qan damarları üçün faydalı olan ikinci qida qrupu kimi tərkibində omeqa-3 yağ turşuları olan skumbriya, qızılbalıq, sardina və siyənək kimi balıqları misal çəkib.

Həkim həmçinin omeqa-3-ün bitki mənşəli mənbələri arasında avokado və zeytun yağını da qeyd edib.

Solovyeva əlavə edib ki, liflə zəngin tam taxıl və paxlalı bitkilər də ürək üçün faydalıdır.

Onun sözlərinə görə, həll olan qida lifi xolesterolu bədəndən çıxarmağa kömək edir.

Kardioloq qeyd edib ki, müntəzəm olaraq giləmeyvə və meyvə yemək eyni dərəcədə vacibdir.

“Onların tərkibindəki antioksidantlar normal qan təzyiqini saxlamağa, damar elastikliyini qorumağa və beləliklə, aterosklerozun irəliləməsinin qarşısını almağa kömək edir”, - deyə vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş