Renato limiti doldurdu - “Zirə” ondan yararlana bilməyəcək

27 Fevral 01:20 Araşdırma 604
Renato limiti doldurdu - “Zirə” ondan yararlana bilməyəcək

Bu gün Misli Premyer Liqasında 22-ci tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, 4 futbolçu cəza səbəbindən ikinci dövrənin son matçını buraxmalı olacaq.

Onlardan ikisi “Kəpəz”in formasını geyinir. Turun açılış görüşündə “Sumqayıt”ı qəbul edəcək gəncəlilərdə iki yerli futbolçu meydana çıxa bilməyəcək.

Rauf Hüseynli 4 sarı vərəqə limitini doldurduğu, Şakir Seyidov isə “Sabah”la son oyunda qırmızı vərəqə aldığı üçün məşqçilər korpusunun sərəncamında olmayacaq.

“Araz-Naxçıvan”ın qonağı olacaq “Zirə” aparıcı futbolçularından olan Ruan Renatodan yararlana bilməyəcək. Çünki braziliyalı müdafiəçi 4 sarı vərəqə limitini ötən turda doldurub.

“Şamaxı”da isə Alfons Msanqa eyni durumla üzləşib. Lakin tanzaniyalı yarımmüdafiəçi 8-ci dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Bu üzdən o, cari mövsümdə ikinci dəfə cəzalı duruma düşüb. Msanqa “Neftçi” ilə matçı buraxmalı olacaq.

Misli Premyer Liqasında 22-ci tur 27 fevral – 1 mart aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş