Azərbaycandan ayrıldıqdan sonra klubsuz qalanlar kimlərdir? - FOTOLAR

00:50 Araşdırma 90
Azərbaycandan ayrıldıqdan sonra klubsuz qalanlar kimlərdir? - FOTOLAR

Bu mövsümün əvvəlində və qış "transfer pəncərəsi" zamanı ölkəmizi tərk edən legionerlərin sayı az olmadı.

Həmin futbolçular arasında iddialı klublara keçənlər də var idi, hələ də klubsuz qalanlar da.

Sportinfo.az sportal.az-a istinadən mövsümün əvvəlində və qışda Azərbaycandan ayrıldıqdan sonra indiyə qədər klubsuz qalmış futbolçuların siyahısını təqdim edir.

Sezar Meza Kolli

Bu futbolçu "Araz-Naxçıvan"dan ayrıldıqdan bu yana hələ də özünə iş yeri tapmayıb. Vaxtı ilə AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi paraqvaylının son komandası "Araz-Naxçıvan" idi. 34 yaşlı futbolçunun ölkəmizə geri qayıtmaq variantı olsa da, bu, baş tutmamışdı. "Çezena”, “Alaves” klublarında oynamış Sezar “İnter”(indiki “Şamaxı”), “Zirə”, “Neftçi” klublarının formasını geyinib.

Valdemar Almeyda

Anqola millisinin formasını geyinmiş Valdemar yaydan bu yana özünə komanda tapa bilməyib. O, ölkəmizə 2023-cü ildə gəlmişdi. Valdemar öncə “Səbail”, daha sonra isə “Kəpəz”də çıxış etmişdi. “Maritimo”, “Çaveş” komandalarının da şərəfini qorumuş 33 yaşlı yarımmüdafiəçi hazırda klub axtarışındadır.

Boyan Letiç

"Sabah"ın avrokuboklarda ilk qolunu vuraraq klubun tarixinə düşmüş Boyan Letiç də özünə komanda axtaranlar arasındadır. Letiç 2022-ci ildə İspaniyanın “Mirandes” klubundan “Sabah”a keçmişdi. Bu qış isə Premyer Liqanın lideri onun xidmətinə ehtiyac duymayıb.

Pisko

"Karvan-Yevlax"ın uğursuz transferlərindən olan Pisko Portuqaliyaya geri qayıdıb. Maraqlıdır ki, ölkəsində də ona maraq göstərən tapılmayıb. 29 yaşlı futbolçu “Trofense”, “Olimpiakos”(Nikosiya), “Uniao Madeyra”, “Oliveyrense” komandalarında oynamışdı.

Saed İranxan

Əslində, Yevlax klubunun bu mövsümkü çıxışını nəzərə alsaq, Saedin digər legionerlərdən zəif olduğunu söyləmək olmaz. Lakin klub onu bu qış göndərmək qərarı aldı. İranlı da sabiq komanda yoldaşı Pisko kimi komandasız qalıb.


Kasper Roşa

“Kəpəz”ə böyük ümidlərlə cəlb edilmiş Kasper Roşa meydana çıxdığı oyunlarda özünü göstərə bilmədiyi üçün ona olan etimadı itirdi. Sonradan isə Gəncə klubunun baş məşqçisi Azər Bağırov onunla yolların ayrılmasını rəhbərlik istədi. Ardınca "Kəpəz" polyakın əvəzinə Kosovanın "Malişeva" klubunda qalmaq istəməyən Yusif İmanovu gətirdilər.


Jeandro Fuxs

Sentyabrda “Qəbələ”nin müqavilə imzaladığı Kamerun millinin sabiq üzvü Premyer Liqada özünü təsdiq edə bilmədi. Buna görə də, sonda “Qəbələ” onunla yollarını ayırdı. Azərbaycandan ayrıldıqdan bu yana Fuxs özünə yeni iş yeri tapa bilməyib. “Soşo”, “Alaves”, “Makkabi”(Hayfa), “Dandi Yunayted”, “Peterboro”, “Bney Saxnin” kimi klublarda oynasa da, 28 yaşlı yarımmüdafiəçini istəyən klub yoxdur.

Store Neftchi
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -