Qurban Qurbanovu yaxından tanıyan “bankir” - Siz də onu tanıyın!

20:00 Araşdırma 153
Qurban Qurbanovu yaxından tanıyan “bankir” - Siz də onu tanıyın!

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Nyukasl” – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.

Oyunu tanınmış italiyalı hakim Davide Massaya tapşırılıb.

Ona yan xətlərdə həmyerliləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək.

44 yaşlı referi 16 yaşında hakimliyə başlayıb. 29 yaşında ilk dəfə İtaliya A Seriyasının oyununa təyinat alıb, 33 yaşında isə yaxasına FİFA-nın emblemini taxaraq beynəlxalq oyunları idarə edib.

Hakimlik etməklə yanaşı, həm də bank sektorunda çalışan Massa zəngin təcrübəyə malikdir. O, avrokuboklarda 71 oyunda baş hakim funksiyasını yerinə yetirib ki, iki halda meydandakı komandalardan biri “Qarabağ” olub.

2018-ci ilin oktyabrında Bakı Olimpiya Stadionuinda baş tutan “Arsenal” – “Qarabağ” görüşünə məhz Davide Massa təyinat alıb.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin gün meydanda olanlardan Abdullah Zubirlə Bədavi Hüseynov bu gün də “Qarabağ”ın sıralarındadır.

O, təmsilçimizlə növbəti dəfə 1 ildən sonra rastlaşıb. Bu dəfə səfər matçında.

2019-cu ilin avqust ayında “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprdə APOEL-in qonağı olanda, Massa meydanda yaşananlara nəzarət edib.

Rəşad Sadıqov, Maksim Medvedev və Rahil Məmmədovun sarı vərəqə aldığı qarşılaşmada “Qarabağ” rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Maraqlıdır ki, peşəkar karyerasında 534 matçı idarə etmiş italyan ədalət təmsilçisinin “Nyukasl”la yolu ilk dəfə kəsişəcək.

Fevralın 24-dən 25-nə keçən gecə “St Ceyms Park” stadionunda keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bakıdakı duel ingilslərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti