
Pensiyalarda artım gözlənilir.
Dəqiq rəqəm dekabr ayının sonu bilinəcək.
Ay bitəndən sonra həmin statistika 40 gün sonra təqdim olunur. Bu baxımdan fevralın əvvəli faizləri daha dəqiq bilirik.
Bunu Unikal-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, hazırda 7 aylıq əməkhaqqı artımı 9,5 faizdir. Onun sözlərinə görə, Əgər bu rəqəmlər aşağı düşməsə, gələn il pensiyalar 9,5 faiz indeksasiya ediləcək:
."Bir daha qeyd etmək istərdim ki, dəqiq rəqəm gələn ilin fevral ayında bilinəcək. Bu rəqəm artıb-azala bilər. Ümumilikdı, pensiyalarda artım olacaq".