Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq edildi

08:00 Araşdırma 114
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında sentyabrın 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sentyabrın 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli yağıntının olacağı, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti