Ağdamda insan sümüklərinə oxşar skelet aşkarlandı

07:10 Araşdırma 115
Ağdamda insan sümüklərinə oxşar skelet aşkarlandı

Ağdamda insan sümüklərinə oxşar skelet aşkarlanıb.

Skelet qalıqları rayonun Maqsudlu kəndi ərazisində qazıntı işləri aparılarkən aşkar edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 12-də Ağdam rayonu, Maqsudlu kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti