Pensiya yaşına çıxacaq vətəndaşlara növbəti ŞAD XƏBƏR: 65 yaşa qədər...

07:40 Araşdırma 196
Pensiya yaşına çıxacaq vətəndaşlara növbəti ŞAD XƏBƏR: 65 yaşa qədər...

Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində son illərdə mühüm addımlar atılır.

Dövlət orqanları, xüsusilə Mərkəzi Bank və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, beynəlxalq təcrübələri öyrənərək müvafiq qanunvericilik layihələri üzərində işləyirlər.

Özəl pensiya fondlarının yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və maliyyə bazarlarının inkişafı baxımından əhəmiyyətli hesab olunur.

Bu məqsədlə, şəffaflıq və maliyyə sabitliyinin təmin edilməsi, investisiya risklərinin azaldılması və ictimai maarifləndirmə kampaniyalarının həyata keçirilməsi planlaşdırılır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, bu fondların yaradılması vətəndaşlar üçün müsbət nəticələr verə bilər:

“Şəxsən mən bu təşəbbüsün tərəfdarıyam. Vətəndaşların seçim hüququ olmalı və özəl pensiya fondları Dövlət Sosial Müdafiə Fondundan (DSMF) daha sərfəli şərtlər təklif etməlidir. Bu model Gürcüstan və Türkiyədə uğurla tətbiq olunur və bizə də faydalı ola bilər".

Onun sözlərinə görə, özəl fondların əsas qazanc mənbəyi topladıqları vəsaitin investisiya olunmasıdır:

“Vətəndaşlardan toplanan vəsaitlər müəyyən sahələrə yatırılaraq həm fondlar gəlir əldə edir, həm də insanlara sərfəli təkliflər edilir. Amma burada vacib məsələ odur ki, həmin investisiyaların yönləndiriləcəyi sahələr əvvəlcədən dəqiq müəyyən edilməlidir.”

Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda bir neçə özəl fond yaradılsa belə, onların fəaliyyətini tənzimləyəcək və şəffaflığı təmin edəcək mexanizmlər hazırlanmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti