Millimizin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini fikirləşir

4 İyun 08:40 Araşdırma 517
Millimizin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini fikirləşir

"Son iki yoxlama matçında məğlub olmamışıq.

İnanırıq ki, bu seriyanı davam etdirə biləcəyik".

bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Ayxan Süleymanlı deyib.

Müdafiəçi sabah Belarusa qarşı keçirəcəkləri yoxlama oyunu barədə danışıb:

"Bizi çətin görüş gözləyir. Lakin yaxşı hazırlaşmışıq. Baş məşqçimiz Ayxan Abbasovun rəhbərliyi ilə rəqibin zəif nöqtələrinə təhlil etmişik.

Rəsmi görüşlər öncəsi yaxşı sınaq olacaq. Son iki matçda məğlub olmamışıq. İnanırıq ki, bu seriyanın davamı gələcək.

Yoxlama görüşü də olsa, nəticəni önəmli sayırıq. Bu, qarşıdakı oyunlar üçün bizə yaxşı motivasiya ola bilər".

Azərbaycan millisi iyunun 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Milli daha sonra hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!