Azərbaycanın iki klubu üçün adlı-sanlı rəqiblər - Konfrans Liqasında

3 İyun 14:20 Araşdırma 1 343
Azərbaycanın iki klubu üçün adlı-sanlı rəqiblər - Konfrans Liqasında

“Zirə” və “Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində daha 4 potensial rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, hər iki təmsilçimiz püşkatmada səpələnməmişlər sırasında yer alacaq.

Əvvəllər məlum olan potensial rəqiblər sırasına aşağıdakı klublar əlavə edilib:

“Rapid” (Vyana, Avstriya), “Silkeborq” (Danimarka), “Lozanna” (İsveçrə) və “Beytar” (Yerusəlim, İsrail). Beləliklə, 44 mümkün rəqibdən hazırda 29-u bəllidir: “AZ Alkmaar”(Hollandiya), “Rapid” (Vyana, Avstriya), “Sparta” (Praqa, Çexiya), “Başakşəhər” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa –Klara”(Portuqaliya), “Astana”(Qazaxıstan), “Şarlerua”(Belçika), “Hayduk”(Xorvatiya), “Riqa”(Latviya), “Maribor”(Sloveniya), AEK(Yunanıstan), “Balkani”(Kosovo), “DAK 1904”(Slovakiya), “Rakuv”(Polşa), “Rosenborq”(Norveç), “Vikinq” (Norveç), “Aris” (Yunanıstan), "Austriya" (Avstriya), “Vaduts”(Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya), “Bröndbü”(Danimarka), "Silkeborq" (Danimarka), "Lozanna" (İsveçrə), "Puşkaş Akademiya" (Macarıstan), "Universitatea" (Krayova, Rumıniya) və "Beytar" (Yerusəlim, İsrail).

Qalan potensial rəqiblər Çempionlar Liqasının təsnifat mərhələsində 1-ci turun oyunlarının nəticələrinə əsasən müəyyənləşəcək.

İkinci turun püşkatma mərasimi iyunun 18-də, görüşlər isə iyulun 10 və 17-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda