
Mayın 31-də diqqətlər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna dikiləcək.
Bu ayın sonuncu günündə həm də cari “futbol ili”nin sonuncu oyunu baş tutacaq.
Azərbaycan kuboku uğrunda “Qarabağ”la “Sabah” münasibətlərinə aydınlıq gətirəcək.
Komandaların heyətində cəzalı futbolçuların olmaması baş məşqçiləri - Qurban Qurbanovla Vasili Berezutskini sevindirir.
Yeganə itki məşqçi ilə bağlıdır. Belə ki, Berezutskinin qapıçılar üzrə köməkçisi Aleksey Antonyuk finalda texniki zonada yer ala bilməyəcək.
41 yaşlı rusiyalı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”ylə baş tutan ilk oyunun sonlarında hakimləri təhqir etdiyinə görə qarşısında qırmızı vərəqə görmüşdü.
İntizam Komitəsi Antonyuku 3-ü şərti olmaqla 5 oyun cəzalandırıb, klubu 4000 manat məbləğdə cərimə etmişdi.
Mayın 31-də keçiriləcək görüşün start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ