III MDB Oyunlarının açılış və bağlanışında 500 könüllünün iştirakı nəzərdə tutulub

24 Aprel 18:20 Araşdırma 280
III MDB Oyunlarının açılış və bağlanışında 500 könüllünün iştirakı nəzərdə tutulub

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin mükəmməl təşkili üçün 500 könüllünün fəal iştirakı nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, bu barədə mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova deyib.

O, 3000-ə yaxın könüllünün yarışa cəlb olunacağını söyləyib.

İ.Əhmədova Gəncə şəhərində 1000-dən çox könüllünün olacağını vurğulayıb.

III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!