Altıgünlük iş həftəsində çalışanlar bu ay neçə gün tətil edəcək?

12 Mart 2025 08:00 Araşdırma 784
Altıgünlük iş həftəsində çalışanlar bu ay neçə gün tətil edəcək?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin Qərarına əsasən, 2025-ci iln 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel günlərinin yerləri dəyişdirilib.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə beşgünlük iş həftəsində 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri istirahət günləri, 10 mart və 1 aprel tarixləri isə iş günləri olacaq.

Bəs altıgünlük iş həftəsində çalışanlar üçün iş və istirahət günləri hansı qaydada tənzimlənəcək?

Altıgünlük iş həftəsində mart ayında Novruz bayramı və Ramazan bayramı ərəfəsində istirahət günləri aşağıdakı kimi olacaq:

Novruz bayramı: 20, 21, 22, 23, 24, 25 mart tarixləri (6 gün);
Ramazan bayramı: 30, 31 mart və 1 aprel tarixləri (3 gün).

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş