Azərbaycan millisinin məğlubiyyətini görən - “Qarabağ” onu bu gecə tanıyacaq

28 Noyabr 2024 14:40 Araşdırma 1 292
Azərbaycan millisinin məğlubiyyətini görən - “Qarabağ” onu bu gecə tanıyacaq

"Qarabağ"ın Fransa təmsilçisi "Lion"la Avropa Liqası matçına təyinat alan serbiyalı hakim Nenad Minakoviç daha əvvəl Azərbaycan millisinin oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi AVRO-2024-ün seçmə mərhələsində yığmanın Belçika ilə Bakıdakı qarşılaşmasında iş başında olub.

O, millinin 0:1 hesabı ilə uduzduğu görüşdə baş hakim funksiyasını yerinə yetirib.

N.Minakoviç 2021-ci ildən beynəlxalq matçlara təyinat alır.

Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT