COP29

Seysmoloqdan İLGİNC açıqlama - Günəş tutulması zəlzələlərin xəbərçisidir?

9 Aprel 19:30 Araşdırma 455
Seysmoloqdan İLGİNC açıqlama - Günəş tutulması zəlzələlərin xəbərçisidir?

Bu ilin ilk Günəş tutulması başa çatıb.

Bu hadisə tam Günəş tutulmasıdır. Təbiət hadisəsi Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimali və Cənubi Amerika, Arktikanı əhatə edib.

Tam tutulma ABŞ-nin cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçib. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə, tam tutulma prosesi isə 3 saat 16 dəqiqə 45 saniyə davam edib. Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyib.

GUNES.jpg (41 KB)

Qeyd edək ki, Ayın Günəş diskinin qarşısını kəsməsinə və ya örtməsinə Günəş tutulması deyilir. Günəş tutulması qismən, tam və halqavari ola bilər. Günəş tutulması Ay Yerlə Günəş arasında olanda, yəni təzə Ay fazasında baş verir. Təzə Ay fazasında Ay Günəş şüalarının qarşısını kəsir və Yerə tərəf konus şəkilli kölgə buraxır. Yer səthinin tam kölgə bölgəsində olan müşahidəçi üçün tam Günəş tutulması, yarımkölgədəki müşahidəçi üçün isə qismən Günəş tutulması baş verir. Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə 05-09 dərəcəlik bucaq əmələ gətirdiyindən hər təzə Ay fazası Günəş tutulması ilə nəticələnmir. Günəş tutulmasının baş verməsi üçün təzə Ay fazası Ay orbitinin düyünlərinə və ya ona yaxın yerlərə təsadüf etməlidir. Venera və Merkuri də Günəş diski qarşısından keçərkən tutulma törədir.

Yeni Ay təxminən ayda bir dəfə baş verir, yəni ildə 12 yeni ay olur. Günəş tutulmaları isə bir ildə ikidən beşə qədər olur. Sonuncu dəfə 1935-ci ildə 5 Günəş tutulması olub və bu, 2206-cı ilə qədər təkrarlanmayacaq.

Bəzi alimlərə görə, bu möhtəşəm hadisə əslində Yer üçün təhlükəli ola bilər. Belə destabilizasiyanın mümkün nəticəsi kimi zəlzələlər və ya ən pis halda bir böyük meqazəlzələ ola bilər. Amma rəsmi qurumlar bu faktı təkzib edir, bildirirlər ki, Günəş və Ay tutulması adi astronomik hadisədir. Bu, insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri, sunamilər kimi təbiət hadisələrinə səbəb olmur.

Bununla belə, xatırlatmaq yerinə düşər ki, ötən il avqust ayının 30-dan 31-nə keçən gecə ikinci “Super Ay” hadisəsi müşahidə olunmuşdu. Bu hadisədən sonra ölkəmizdə və dünyada hiss olunan, güclü zəlzələlər baş vermişdi.

Bəs deyilənlərin hər hansı əsası varmı? Günəş tutulması təbii fəlakətlərin olmasına səbəb ola bilərmi?

QULAM.jpg (136 KB)

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a deyib ki, Günəşin, Ayın Yerə təsiri var:

“Hətta zəlzələlərin baş vermə müjdəçisi kimi elmdə belə bir istiqamət var. Günəşdə baş verən partlayışlar, maqnit sahəsinin ifraz olunması, Günəşdə partlayış nəticəsində elementlərin Yer kürəsində istiqaməti, maqnit sahəsinin axınının, selin olması və sairə, bunlar hamısı mövcuddur. Təbii fəlakət baxımından Günəş tutulması müjdəçi kimi tədqiq olunur. Hətta sovet vaxtında alimlər tərəfindən belə bir fikirlər səsləndirilirdi. Müasir zamanda da bununla bağlı xarici mütəxəssislər tərəfindən fikirlər bildirir, tədqiqatlar aparılır. Amma burada bir “lakin” var. Günəşin, Ayın tutulmasından sonra zəlzələnin baş verməsi sübut olunmayıb. Amma bu istiqamətdə tədqiqatlar aparılır. Hətta 1999-cu ilin avqust ayında Günəş tutulması baş verdi. Bundan sonra güclü zəlzələ baş verdi. Düzdür, bunun məhz Günəş tutulması nəticəsində baş verdiyi elmdə təsdiqlənmədi, yəni bu barədə sübut yoxdur. Amma bu təsirin araşdırılması istiqaməti hazırda mövcuddur”.

Digər Xəbərlər
Xəbər Lenti
28 May 20:30 Qarabağda İŞ VAR!