Bayram günlərində leysan olacaq - Özünüzü gözləyin!

14 İyun 2024 18:30 Araşdırma 891
Bayram günlərində leysan olacaq - Özünüzü gözləyin!

“Qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var”.

Bunu “qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

N.Mahmudov bölgələrə səfər edəcək vətəndaşlara tövsiyə verib:

“Vətəndaşlara tövsiyə edirik ki. hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər. Səyahət planlarını hava proqnozlarına uyğun qursunlar.

Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız