COP29

Premyer Liqada son tur - 9 futbolçunun meydana çıxmasına icazə verilmədi

24 May 17:00 Araşdırma 630
Premyer Liqada son tur - 9 futbolçunun meydana çıxmasına icazə verilmədi

Premyer Liqanın sonuncu, 36-cı turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

6 komandadan cəzalı duruma düşən 9 futbolçu oynamaq imkanından məhrumdur.

Ən ağır zərbə yenə “Kəpəz”ə dəyib. Gəncəlilər “Turan Tovuz”la qərb derbisində 4 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Vərəqə limitini dolduranların ümumi siyahısı belədir:

Şakir Seyidov, Junior Martins, Vüsal Məsimov, Elmir Tağıyev (hamısı “Kəpəz”), Pedro Nunu ("Səbail"), Elvin Bədəlov ("Sumqayıt"), Roderik Miller ("Turan Tovuz"), Davit Volkov ("Sabah"), Mohammed Kadiri ("Araz-Naxçıvan").

Mayın 25-də “Neftçi” – “Sabah”, “Zirə” – “Səbail”, “Sumqayıt” – “Qəbələ”, bir gün sonra “Turan Tovuz” – “Kəpəz”, “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"