Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 246 manat olacaq

9 Dekabr 2022 21:50 Araşdırma 330
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 246 manat olacaq

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilən “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

Digər Xəbərlər
Xəbər Lenti