Ombudsmanın nümayəndələri Suriyadan gətirilən qadın və uşaqlarla görüşdü

26 Noyabr 2022 21:50 Araşdırma 278
Ombudsmanın nümayəndələri Suriyadan gətirilən qadın və uşaqlarla görüşdü

Ombudsmanın nümayəndələri noyabrın 24-də Suriyadan gətirilən qadın və uşaqlarla görüşüb.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların vəziyyəti, psixoloji durumu ilə maraqlanıb, reabilitasiyası ilə bağlı tədbirlər barədə məlumat alıb, hüquqlarının təmini vəziyyətini öyrəniblər.

Müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə noyabrın 24-də 13-ü uşaq, 3-ü qadın olmaqla Suriyadan 16 nəfərin ölkəmizə repatriasiyası həyata keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu