Görəsən, çimərliklər mövsümə hazırdır? - VİDEOREPORTAJ

10 İyun 07:10 Araşdırma 1 436
Görəsən, çimərliklər mövsümə hazırdır? - VİDEOREPORTAJ

Çimərlik mövsümünün başlamasına cəmi bir həftədən az vaxt qalıb.

Bakı və ətraf bölgələrdəki dənizkənarı istirahət mərkəzləri hazırlıqları yekunlaşdırmaq üzrədir.

Çəkiliş apardığımız istirahət məkanının administratoru İbrahim Novruzov deyir ki, hazırlıqları 2 aya yaxındır davam edir.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də əraziyə giriş və dənizə çıxış tamamilə ödənişsizdir.

Çimərlikdə xidmətlərlə yanaşı, restoran və kafe zonalarında da qiymətlər stabil saxlanılıb. İstirahət mərkəzinin əməkdaşı yemək qiymətlərində artımın olmadığını deyir.

Çəkiliş apardığımız istirahət mərkəzlərində təmizlik, təhlükəsizlik və xidmət səviyyəsi ilə bağlı müvafiq qurumların monitorinqi davam edir. Rəsmi çimərlik mövsümü isə iyunun 15-də açılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!