“Düşünmürəm ki, Kərimin uduzmaq şansı var, “Qızıl top” onun olacaq”

14 Oktyabr 2022 21:40 Araşdırma 563
“Düşünmürəm ki, Kərimin uduzmaq şansı var, “Qızıl top” onun olacaq”

Keçmiş braziliyalı hücumçu, hazırda “Kruzeyro” (Braziliya) və “Valyadolid” klublarının (İspaniya) sahibi olan Ronaldo hesab edir ki, “Real”ın hücumçusu Kərim Benzema “qızıl top”un sahibi olacaq.

Sportinfo.az xəbər verir ki, o, Benzemanın təsirli nəticələri olduğunu deyib:

“Düşünmürəm ki, Benzemanın uduzmaq şansı var, onun təsirli nəticələri var. Çempionlar Liqası onun üçün çox əlverişlidir.

Digər oyunçular qalib gələ bilərmi? Bəli, amma Benzemanın keçən il etdikləri ilə başqalarının etdikləri arasında böyük fərq var”.

2022-ci ilin “qızıl top” mərasimi oktyabrın 17-də baş tutacaq.

Benzema bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti