Yeni transfer bu gün "Qarabağ"a qarşı debüt edəcək?

13 Oktyabr 2022 16:30 Araşdırma 899
Yeni transfer bu gün "Qarabağ"a qarşı debüt edəcək?

Yunanıstan mətbuatı “Olimpiakos”un oyunöncəsi son məşqini nəzərə alaraq komandanın bu gün Avropa Liqasının G qrupunun 4-cü turunda “Qarabağ”a qarşı hansı start heyəti ilə meydana çıxacağından yazıb.

Sportinfo.az "Sport FM"ə istinadən xəbər verir ki, Pirey klubunun baş məşqçisi Miçel müdafiə olunan zaman beş müdafiəçiyə çevriləcək 3-5-2 sxeminə sadiq qalacaq.

Son məşqə əsasən yunanıstanlı həmkarlarımız komandanın yeni qolkiperi Aleksandros Paşxalakisin bu gün debüt edəcəyi qənaətinə gəlib.

Yunanıstan mətbuatının yazdığına görə, “Olimpiakos”un “Qarabağ”a qarşı ehtimal start heyəti belədi:

Aleksandros Paşxalakis, Usseynu Ba, Pap Abu Sisse, Sokratis Papastatopulos, Şime Vrsalko, Oleq Ryabçuk, Andreas Buxalakis, Yan Mvilla, Pyerre Kund-Malonq, Abubakar Kamara, Hvan Yı Jo

Bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti