"Qarabağ" cərimələndi

12 Oktyabr 2022 02:20 Araşdırma 879
"Qarabağ" cərimələndi

İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

I Divizionun VI turunun “Zirə-2” – “Araz Naxçıvan” oyununda meydançanın sulanmasının 19 dəqiqə gecikməsi səbəbindən “Zirə-2” komandası 80 manat cərimə olunur (maddə 60);

VI turun “İmişli” – “Səbail-2” oyununda “Səbail-2” komandasının nümayəndəsi oyun öncəsi keçirilən iclasda iştirak etmədiyi üçün komanda 80 manat cərimə olunur (maddə 62.1);

“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə komanda 80 manat cərimə olunur (maddə 39);

​VI turun “Qarabağ-2” – “Neftçi” oyununun ikinci hissəsinin əlavə vaxtında “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün "Qarabağ-2" komandası 80 manat cərimə olunur (maddə 51.2).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti