“Olimpiakos”un sindromu – Yunanları Bakıda gözləyən NÖVBƏTİ PROBLRM

11 Oktyabr 2022 21:20 Araşdırma 1 021
“Olimpiakos”un sindromu – Yunanları Bakıda gözləyən NÖVBƏTİ PROBLRM

Avrokuboklarda zəngin təcrübəyə malik “Olimpiakos” oktyabrın 13-də “Qarabağ”ın önünə çıxacaq.

Ötən cümə axşamı doğma azarkeşləri önündə Ağdam təmsilçisindən 3 cavabsız top buraxan “qırmızı-ağlar” bu dəfə Bakıda çətin sınaq qarşısındadır.

“Olimpiakos” beynəlxalq arenalarda əsasən Georgios Karaiskakis stadionunda, yunan azarkeşlərin dəstəyi altında keçirdiyi oyunlarda xoş təsir bağışlasa da, ötən ildən bu yana Pireydə qələbəyə həsrətdir.

Sən demə, səfər oyunlarındakı nəticələri də ürəkaçan deyil.

Yunanıstan çempionu avrokuboklar çərçivəsində sonuncu səfər qələbəsini ötən il sentyabrın 30-da İstanbulda “Fənərbağça” üzərində qazanıb – 3:0. “Qarabağ”ın rəqibi həmin gündən bu yana keçirdiyi 7 oyunda qələbə üzünə həsrətdir.

“Ayntraxt” (Almaniya) – “Olimpiakos” 3:1

“Antverpen” (Belçika) - “Olimpiakos” 1:0

“Atalanta” (İtaliya) – “Olimpiakos” 2:1

“Makkabi Hayfa” (İsrail) - “Olimpiakos” 1:1

“Slovan Bratislava” (Slovakiya) - “Olimpiakos” 2:2

“Apollon” (Kipr) - “Olimpiakos” 1:1

“Nant” (Fransa) - “Olimpiakos” 2:1

“Qırmızı-ağlar” səfərdə hər nə qədər qalib gəlməkdə çətinlik çəksə də, 7 matçın 4-nü heç-heçə başa vurub və 6 qarşılaşmada rəqib qapısına yol tapıb.

Halbuki son 1 ildə doğma meydanında böyük hesablı məğlubiyyətlərin sayı daha çoxdur.

Oktyabrın 13-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti