Azərbaycanda oktyabrın 12-də gözlənilən hava proqnozu - YAĞIŞ YAĞACAQ

11 Oktyabr 2022 18:30 Araşdırma 1 114
Azərbaycanda oktyabrın 12-də gözlənilən hava proqnozu - YAĞIŞ YAĞACAQ

Azərbaycanda oktyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti