Millinin baş məşqçisi dövlətə fırıldaq gəlib - Saxta şirkət yaradıb, vergidən yayınıb

11 Oktyabr 2022 01:40 Araşdırma 700
Millinin baş məşqçisi dövlətə fırıldaq gəlib - Saxta şirkət yaradıb, vergidən yayınıb

Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos vergidən yayınmaqda təqsirli bilinib.

Sportinfo.az xəbər verir ki, Santos saxta şirkət yaradıb və uzun illər Portuqaliya Futbol Federasiyasından (FPF) maaşı bu şirkət vasitəsilə alıb.

Belə üsulla o, daha az vergi ödəyib.

Portuqaliyanın vergi orqanları iddia edirdilər ki, Santos 4,5 milyon dolları vergidən gizlədib. Məhkəmədə isə onun təqsiri sübut olunub. İndi mütəxəssis vergidən yayındırdığı vəsaiti qaytarmalı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 03:30 Bütün Almaniya ŞOKda!