"Ət yemək istəyirəmsə, "fast food" restoranlarına getmirəm"

10 Oktyabr 2022 15:20 Araşdırma 1 006
"Ət yemək istəyirəmsə, "fast food" restoranlarına getmirəm"

"Mançester Siti"nin hücumçusu Erlinq Braut Haaland uğurlu performansının sirrini açıqlayıb.

SportİNFO.az xəbər verir ki, norveçli forvard xüsusi qidalanma üsulundan danışıb. 22 yaşlı qolçu ət yediyini bildirib:

"İnsanlar ət yeməyin pis bir şey olduğunu deyirlər. Amma onların nəzərdə tutduğu nədir?

Əgər ət yemək istəyirəmsə, "fast food" restoranlarına getmirəm, ürək və ya qaraciyər kimi ətləri yeyirəm. Bunun sayəsində B vitamini, dəmir və fosforu birbaşa qəbul edirəm".

Erlinq Haaland cari mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 13 matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti