“Qarabağ” BUNU BİLSƏ…

6 Oktyabr 2022 20:00 Araşdırma 774
“Qarabağ” BUNU BİLSƏ…

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” oktyabrın 6-da səfərdə “Olimpiakos”un qonağı olacaq.

İlk 2 matçda səfərdə “Frayburq”a çətin anlar yaşatmasına baxmayaraq 1:2 hesabı ilə məğlub olan “köhlən atlar”, növbəti görüşdə Fransa kubokunun son sahibi “Nant”ı biabırçı hesabla məğlub etməyi bacardı – 3:0.

İndi isə sırada son Yunanıstan çempionu “Olimpiakos”dur. Rəqibin tarixi, ad-sanı, avrokuboklardakı 400-ə yaxın oyun təcrübəsi səs-küylü görünsə də, Pirey təmsilçisi heç də yaxşı günlərini yaşamır.

Çempionlar Liqasındakı mübarizədən ilk mərhələdən kənarda qalan Yunanıstan nəhəngi Avropa Liqasının qrupuna düşmək üçün digər rəqiblərini penalti seriyasında sıradan çıxardı.

Və ən maraqlısı, “Olimpiakos”un “Georgios Karaiskakis”də keçirdiyi son avrokubok oyunlarındakı 90 dəqiqədə qələbəyə həsrət qalmasıdır.

“Qarabağ”ın rəqibi sonuncu dəfə doğma azarkeşləri önündə ötən ilin noyabrın 26-da “Fənərbağça”nı məğlub edib. O gündən bu yana meydan sahibi statusunda keçirdiyi 5 qarşılaşmada qələbəyə həsrətdir.

Çempionlar Liqası

“Olimpiakos” – “Makkabi Hayfa” (İsrail) 0:4

Avropa Liqası

“Olimpiakos” – “Atalanta” (İtaliya) 0:3

“Olimpiakos” – “Slovan Bratislava” (Çexiya) 1:1

“Olimpiakos” – “Apollon” (Kipr) 1:1

“Olimpiakos” – “Frayburq” (Almaniya) 0:3

Statistikadan da göründüyü kimi, “qırmızı-ağlar” bu il avrokubok görüşləri çərçivəsində Pireydə meydana çıxdığı oyunlarda qələbə qazana bilməyib.

5 qarşılaşmanın 2-də bərabərə qalıb, digər 3-də isə məğlub olub. Və hər birində böyük hesabla uduzub. Bu matçlarda qapısında 12 top gördüyü halda, rəqiblərin qapısının torunu 2 dəfə silkələyib.

Bir sözlə, bugünkü “Olimpiakos” “Qarabağ” üçün heç də keçilməz sayılmamalıdır. Ümid edək ki,”Georgios Karaiskasis”də yunan azarkeşlərə növbəti qara gecəni Azərbaycan çempionu yaşadacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti