"Nasyonal"ın (Uruqvay) məşhur futbolçusu Luis Suaresin transfer olunacağı klubun adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
35 yaşlı hücumçu "Los Anceles Qelaksi"yə keçəcək. O, DÇ-2022 başa çatandan sonra ABŞ təmsilçisinə transfer olunacaq.
Daha əvvəl "Nasyonal"ın prezideni Xose Fuentes Suareslə müqavilənin yenilənməyəcəyini bildirmişdi.
Suares iyulda "Nasyonal"a keçib.

