Erməni vəhşiliyi - Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı - FOTOLAR

4 Oktyabr 2022 21:50 Araşdırma 484
Erməni vəhşiliyi - Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı - FOTOLAR

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.

Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.









Digər Xəbərlər
Xəbər Lenti