Üfunətli düşmən postunun HEÇ YERDƏ OLMAYAN VİDEO GÖRÜNTÜLƏRİ

3 Oktyabr 2022 16:30 Araşdırma 502
Üfunətli düşmən postunun HEÇ YERDƏ OLMAYAN VİDEO GÖRÜNTÜLƏRİ

"Burada xidmət edən əsgər ancaq vərəm xəstəliyinə tutula bilər. Döyüş əməliyyatları başlayanda isə buranı qoyub qaça bilər".

Bu sözləri polkovnik İdris Məhərrəmov Real TV-yə müsahibəsi zamanı bildirib. Hərbçimiz erməni əsgərlərin burada anti-sanitar şəraitdə yaşadığını diqqətə çatdırıb.

Cəbrayıl rayonunun Nüzgar kəndində yerləşən post aviasiya zərbələrinə dayanıqlı olub. Lakin Azərbaycan əsgərinin qətiyyətli səyi və mübarizəsi nəticəsində post tez zamanda mühasirəyə alınıb:

"Bu cür qurğular şəxsi heyətin artilleriya və aviasiya zərbələrindən qorunmaq üçün hazırlanıb. Buna baxmayaraq, bizim əsgərlərin fədakarlığı nəticəsində düşmən burada sadəcə 2-3 saat tab gətirə bilmişdi.

Bundan sonra bir qrup əsgər təslim olub. İmkan tapıb mühasirədən qaça bilənlər isə postu tərk etmişdilər.

Burada düşmənin 10-15 nəfər canlı qüvvəsi məhv edilmişdir. 3 döyüş texnikası qənimət olaraq götürülmüşdür. Burada əsgərlər anti-sanitar vəziyyətdə qalıblar".

Digər Xəbərlər
Xəbər Lenti