Kapitanı UEFA xatırladı, amma "Qarabağ" və AFFA unutdu

30 Sentyabr 2022 22:20 Araşdırma 944
Kapitanı UEFA xatırladı, amma "Qarabağ" və AFFA unutdu

Dünən "Qarabağ"ın və Azərbaycan millisinin kapitanı Maksim Medvedevin 33 yaşı tamam oldu.

Bu münasibətlə UEFA-ın Tvitter hesabında paylaşım da edildi.

Avropanın ali futbol qurumu yarımmüdafiəçini 33 yaşının tamam olması münasibəti ilə təbrik etdi.

Paylaşımda vurğulanıb ki, təcrübəli oyunçu peşəkar karyerası ərzində yalnız kapitanı olduğu Ağdam təmsilçisinin formasını geyinib.

Amma UEFA-nın yada saldığı kapitanı məxsus olduğu klub və uzun müddət şərəfini qoruduğu milli komanda yada salmadı.

Belə ki, dünəndən bu günə nə klubun, nə də AFFA-nın sosial şəbəkə hesablarından Maksimlə bağlı heç bir təbrik paylaşımı edilməyib.

Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da oynayır. O, arxada qalan 16 ildə 402 oyuna çıxıb və bu matçlarda 16 qol, 19 asistlə yadda qalıb.

Təcrübəli oyunçu ölkənin əsas milli komandasında forma geyindiyi 80 matçda isə adını 4 dəfə tabloya yazdıra bilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti