“Sabah”ın icarəyə verdiyi müdafiəçinin bu ölkədə günü necə keçir?

29 Sentyabr 2022 17:00 Araşdırma 767
“Sabah”ın icarəyə verdiyi müdafiəçinin bu ölkədə günü necə keçir?

“Sabah” mövsümün əvvəlində Hiqor Qabrieli Belarusun “Dinamo” (Minsk) klubuna icarəyə verdi.

Bu ilin qışında paytaxt təmsilçisinə keçən braziliyalı burada heç də çox oynamaq imkanı qazanmırdı.

Müdafiəçi cəmi iki oyunda meydana çıxmışdı. Söhbət ötən mövsümün ikinci yarısının “Səbail” və “Qəbələ” ilə oyunlarından gedir. Hər iki halda da 90 dəqiqə.

Amma performansı baş məşqçi Murad Musayevi razı salmayınca, o, icarəyə verilmişdi. Ki, daha çox oynamaq, artırmaq fürsəti tapsın.

Maraqlıdır, rusiyalı mütəxəssisin mərkəz müdafiəçisi ilə bağlı arzusu nə dərəcədə gerçək olur?

Suala cavab tapmaq üçün kiçik araşdırma apardıq. Məlum oldu ki, onun sahib olduğu komanda kimi, icarədə olduğu komanda da iddialılar sırasındadır.

Belə ki, 21-ci turun oynandığı Belarus çempionatında Minsk təmsilçisi ilk üçlükdə qərarlaşıb. Sona 9 tur qalmış liderdən bir xal geri qalan kollektivin çempionluq şansı yüksəkdir.

Və bu uğurlu çıxışda Qabrielin birbaşa əməyi var. İlk vaxtlar ehtiyatda qalan oyunçu son 5 oyunda yerli mütəxəssis Artem Chelyadinskiyin vazkeçilməz oyunçularındandır.

O da 44 yaşlı mütəxəssis ümidlərin doğruldur deyə bilərik. Hər halda meydanda olduğu 5 matçda müdafiə xətti cəmi 2 qol buraxıbsa, məğlubiyyət üzü, ümumiyyətlə, görməyib – 3 qələbə, iki bərabərlik.

Əgər gedişat sona kimi belə davam edərsə, Musayevdə ona qarşı müsbət fikrilər formalaşacağı sirr deyil.

Digər klublarda icarədə olan “Sabah”lılar barədə mövsümün sonu qərar veriləcəksə, Qabrillə bağlı durum fərqlidir.

Belarusda mövsüm noyabrda başqa çatacaq. Elə icarə müqaviləsi də onda tamamlancaq.

Hazırda mərkəz müdafiəçisinə ehtiyacı olan əcnəbi çalışdırıcı ola bilər ki, braziliyalını yenidən icarəyə verməsin. Hər şey davamlı futbolçu barədə məlumatlar əldə edən Musayevin son rəyindən asılı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı