Yığmamızın qazancı bəlli oldu – Məhz bu qədər!

28 Sentyabr 2022 09:20 Araşdırma 2 337
Yığmamızın qazancı bəlli oldu – Məhz bu qədər!

Azərbaycan millisinin Qazaxıstanla oyundakı qazancı bəlli olub.

Sportinfo.az xəbər verir ki, Millətlər Liqasının VI turundakı 3:0 hesablı qələbə yığmamızın FİFA reytinqinə 8,2 xal gətirib.

Slovakiya ilə bundan əvvəlki görüşdə (2:1) 11,5 xal əldə edən Canni de Byazinin yetirmələri sentyabr matçlarını ümumilikdə 19,7 xallıq qazancla başa vurub.

Son FİFA reytinqində 1127,17 xalla dünyada 128-ci olan komandamız əmsalını 1146,72-yə yüksəldib.

Azərbaycan millisinin növbəti FİFA cədvəlində qərarlaşacağı yer digər komandaların qarşıdakı oyunlarından da asılıdır. Canlı siyahıda yığmamız 123-cü pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı