Millimizdən gözlənilən...

25 Sentyabr 2022 01:20 Araşdırma 514
Millimizdən gözlənilən...

Azərbaycan millisi FİFA reytinqində xal hesabını artırıb.

Sportinfo.az xəbər verir ki, buna Slovakiya ilə dünənki oyun səbəb olub.

Canni de Byazinin yetirmələri Millətlər Liqasının V turunun səfər matçında 2:1 hesabı ilə qələbə qazanıb. Bu, komandamızın aktivinə 11,5 xal gətirib.

Ötən reytinq siyahısında 1127,17 xalla dünyanın 128-cisi olan millimiz hesabını 1138,67-yə çatdırıb. FİFA-nın rəsmi cədvəli gələn ay açıqlanacaq. Canlı siyahıda isə yığmamız 5 addım irəliləyib.

Bu sıçrayışın rəsmiləşməsi qarşıdakı günlərdə baş tutacaq matçlardan asılıdır. Millimizin özü də Qazaxıstanla ev sınağında uduzmasa, aktivini daha da zənginləşdirəcək.

Azərbaycan – Qazaxıstan matçı sentyabrın 25-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!