Xocalıda ermənilərin basdırdığı 5 tələ-mina aşkarlandı - FOTOLAR

23 Sentyabr 2022 15:30 Araşdırma 552
Xocalıda ermənilərin basdırdığı 5 tələ-mina aşkarlandı - FOTOLAR

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 03:30 Bütün Almaniya ŞOKda!