Mövsümün sonunda müqaviləsi başa çatacaq ulduzlar

21 Sentyabr 2022 03:10 Araşdırma 607
Mövsümün sonunda müqaviləsi başa çatacaq ulduzlar

Sportinfo.az xəbər verir ki, goal.com nəşri 2022/23 mövsümünün sonunda klubları ilə müqavilələri başa çatacaq ulduz futbolçuların siyahısını hazırlayıb

Kriştiano Ronaldo - "Mançester Yunayted"

Ötən il sabiq klubuna qayıdan 37 yaşlı hücumnçunun işlərio planladığı kimi getmir. Onun müqaviləsi mövsümün sonunda bitəcək. Lakin sözləşmənin 1 il uzadılması da mümkündür.

Lionel Messi - PSJ

Messi Fransa klubu ilə müqaviləsinin 2-ci - sonuncu mövsümünü yaşayır. Lakin onun da müqaviləsini uzatmaq şansı var.

Kərim Benzema - "Real"

Baş məşqçi Karlo Ançelottinin ən yaxşı silahı, 2022-ci il "Qızıl top" üçün ən güclü namizədlərdən... Benzemanın Madrid təmsilçisində qalıb-qalmayacağını mövsümün sonunadək olan zamanda görəcəyik.

Nqolo Kante - "Çelsi"

Kante 2016-cı ildən London təmsilçisinin formasını geyinir. Tərəflər 2018-ci ildə 5 illik müqavilə imzalayıblar və yarımmüdafiəçinin sözləşməsinin başa çatmasına sadəcə bir neçə ay qalıb.

Sırada Markus Reşford var - "Mançester Yunayted".

"Qırmızı şeytanlar" 24 yaşlı forvardını komandada saxlayacaq kimi görünmür.

Serji Busqets - "Barselona"

Yarımmüdafiəçinin 14 illik Kataloniya macərası növbəti yay başa çata bilər.

Jorjinyo - "Çelsi"

Bu yarımmüdafiəçinin 5 illik "Çelsi" karyerası klubla razılaşmayacaqları təqdirdə bitəcək.

İlkay Gündoğan - "Mançester Siti"

Türk əsilli alman yarımmdafiəçi 2016-cı ildən etibarən "şəhərlilər"dəki çıxışı ilə adından söz etdirməyi bacarıb. Lakin bu, son ola bilər.

Toni Kroos - "Real"

Görünən odur ki, Kroosun 8 illik macərası bu mövsümün sonunda başa çatacaq.

Roberto Firmino - "Liverpul"

Onun gələcəyi "Liverpul"un 2022/23 mövsümündəki çıxışından və tutacağı mövqedən asılıdır.

Luka Modriç - "Real"

Modriçin sözləşməsinin 2024-cü ilədək uzadılması imkanı var. Görək, "Real" 37 yaşlı yarımmüdafiəçisini buraxacaq, ya yox.

Yan Oblak - "Atletiko"

Hələlik bu qolkiperin də taleyi qeyri-müəyyən olaraq qalır.

Son olaraq isə Zlatan İbrahimoviç - "Milan"

İsveçli forvard 40 yaşının olmasına baxmayaraq, vidalaşmağı düşünmür. Görəsən, "Milan" da eyni fikirdədir?

Digər Xəbərlər
Xəbər Lenti