Laçında ermənilərin basdırdığı növbəti minalar zərərsizləşdirildi - FOTO

20 Sentyabr 2022 12:10 Araşdırma 286
Laçında ermənilərin basdırdığı növbəti minalar zərərsizləşdirildi - FOTO

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.
Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir”, - məlumatda qeyd olunur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!