Şəhidlərimizin izi Premyer Liqanın matçlarında - FOTO TƏQDİMAT

22 Sentyabr 2022 23:00 Araşdırma 351
Şəhidlərimizin izi Premyer Liqanın matçlarında - FOTO TƏQDİMAT

Azərbaycan Premyer Liqasında 7-ci tur ötən həftə arxada qaldı.

Turun matçları maraqlı, gərgin, darıxdırıcı oyunlarla bərabər, həm də sərhəddə Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribatların qarşısın alarkən şəhid olan Azərbaycan ordusunun qəhrəman igidlərinin xatırlanması ilə yadda qaldı.

Belə həssas gündə bütün klubların və onların azarkeşlərinin atdıqların hər bir addım alqışalayiqdir.

Bizə də düşən gözəl görüntülərə səhnə olan həmin anları cəm halda və fotoların "dili" ilə sizə təqdim etməkdir.

"Sabah" - "Turan Tovuz" oyunu:

Oyunda komandasının ikinci qolunu vuran Con Leys Mikels sevincini əsgər salamı ilə qeyd edir

Matçın sonunda "Sabah"lı futbolçular və fanatların qarşılıqlı əsgər salamı

"Səbail" - "Neftçi" matçı:

Oyundan sonra "Forza Neftçi" üzvləri və komandanın futbolçuları bir arada şəhidlərimizə həsr olunan bəstəni oxuyarkən

"Forza Neftçi" azarkeş qrupunun şəhidlərimizə həsr etdikləri banner

"Səbail" futbolçuları və azarkeşlərinin sayğı duruşu

"Qəbələ" - "Sumqayıt" qarşılaşması:

"Red Black Army" azarkeş qrupunun pankartı

Hər iki komanda üzərinə "Cəsur xalq, bütöv Azərbaycan, igid əsgər" yazılı formalarla meydana ayaq basırlar"Kəpəz" - "Şamaxı" dueli:

Qonaq komanda "Başın sağ olsun, Vətən" yazılı pankart

Oyundan öncə hər iki komandanın paltar dəyişmə otaqları

"Qarabağ" - "Zirə" oyunu:

Tərəflər meydana "Şəhidlər tarixləşən istiqlal türbəsidir" yazısı ilə çıxıblar

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda