Hərb cəbhəsində darmadağın, Ermənistanın xaricdə “terror yeli”

20 Sentyabr 2022 02:00 Araşdırma 386
Hərb cəbhəsində darmadağın, Ermənistanın xaricdə “terror yeli”

Siyasi və hərb cəbhəsində darmadağın olan Ermənistan indi də Azərbaycana qarşı ermənilik etməklə məşğuldur.

Fransa səfirliyimizə bir dəstə erməninin hücumu da qeyd etdiyimiz məzmundandır.

Tarix boyu ermənilər hər dəfə dara düşəndə, mərd meydanında uduzanda, rəzil olanda namərdcəsinə arxadan vurublar.

Azərbaycanda və paytaxt Bakıda müxtəlif tarixlərdə ermənilər tərəfindən törədilən terror hadisələri, ASALA-nın iyrənc fəaliyyəti buna misaldır.

Erməni terrorizminin baş qaldırması – ASALA terror təhlükəsinin aktuallaşması, Azərbaycan səfirliklərinə hücumlar, ermənilərin siyasi terror mədəniyyəti və təcrübəsi xarici səfərlərdə olan Azərbaycan rəsmilərinə qarşı potensial hücumların olması riskini də gündəmə gətirib.

4204bd25-8c7c-3787-a7c0-b9e67753725e_850.jpg (174 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, biz ermənilərin nə qədər təxribatçı düşmən olduqlarını unutmalı deyilik:

1613556194_xeyal-besirovun-yeni-fotosu-0 (1).jpg (21 KB)

“Ötən əsrdən başlayaraq ermənilər azərbaycanlılara qarşı dünyanın hər yerində terror aktı törədiblər və xeyli sayda soydaşımızın ölümünə səbəb olublar. Ermənilərin cəmiyyətimizə kifayət qədər məlum olmayan “Nemesis” əməliyyatı olub. 1920-ci ildə ABŞ-ın Boston şəhərində yerləşən erməni terror təşkilatı ARF Osmanlı və azərbaycanlıların yüksək rütbəli məmurlarına qarşı “Nemesis” adlanan qanunsuz əməliyyatlar başlatdı. Bu qanunsuz fəaliyyətlər Armen Qaro, Aron Saçaklyan və Şahan Natali tərəfindən idarə olunurdu. Onlar dünyanın müxtəlif yerlərində azərbaycanlılara və türklərə qarşı çox genişmiqyaslı terror hadisələri törədiblər. Bu terror hadisəsi zamanı Azərbaycan Xalq Cümhuriyyətinin önəmli nazirləri, Fətəli Xan Xoyski, Bakının xilası üçün gələn Qafqaz İslam Ordusunun önəmli paşaları öldürülüb.

Bu, ermənilərin azərbaycanlılara qarşı törətdiyi terrorların içərisində ən böyüklərindən biridir. Bu gün döyüş meydanında ordumuzun qarşısından qorxaraq qaçan ermənilər dünyanın müxtəlif yerlərində azərbaycanlılara qarşı yenidən terror hadisələrinə start verməkdədirlər. Bunu biz Paris şəhərində Azərbaycan səfirliyinə qarşı yönəlmiş və Fransa polisinin də laqeydcəsinə izlədiyi bir hadisədən sonra açıq şəkildə deyə bilərik.

632741627ef4e632741627ef4f1663517026632741627ef4a632741627ef4c.jpg (196 KB)

Avropa ölkəsində belə bir addım atan bu faşistlər əslində, dünyanın istənilən bir ölkəsində bu cür hadisə törətmə imkanına malikdirlər. Düşünürəm ki, bu hadisədə Fransa səfirliyinin də kifayət qədər məsuliyyəti var. “Vyana konvensiyası”na görə, Fransa dövləti Azərbaycan səfirliyini orada qorumaqla bağlı mükəlləfdir. Təəssüf ki, biz fərqli mövqeyin şahidi oluruq. Dünyaya hüquq dərsi keçən bir sıra dövlətlər özləri bu qanunlara əməl etmirlər”.

Politoloq qeyd edib ki, dünyanın müxtəlif yerlərində Azərbaycanın yanında olan şəxslərə qarşı da terror hadisələrinin törədilməsi istisna edilmir:

“Dövlət olaraq təbii ki, öz addımlarımızı atacağıq. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın istənilən nöqtəsində olan Azərbaycan vətəndaşının təhlükəsizliyi üçün bütün hüquqi addımları atmağa həmişə hazır olub.

e0122ae6-f9cd-3f13-a128-b1be02ab5c25_850.jpg (56 KB)

Ancaq təkcə Azərbaycanın addımları kifayət etmir. Bu məsələdə beynəlxalq təşkilatlar, müvafiq qurumlar da mövqe ortaya qoymalıdır. Bu münaqişənin Cənubi Qafqazdan kənara çıxmasına, azərbaycanlılara qarşı yönəlməsinə qarşı olmalıdır. Ən ciddi səylər göstərən erməni diaspora və lobbi təşkilatlarıdır. Onlar sülhün bərqərar olmasına qarşı çıxırlar. Sülh sazişinin imzalanması onların fikrində Ermənistanın yüz illərdir yürütdüyü düşmənçilik siyasətinin sonu deməkdir. Sabitlik isə həmin təşkilatların mövcudluğunu lazımsız edir. Nəticədə milyardlarla vəsaiti dövriyyəyə buraxanlar ac qalırlar. Bu isə onlara sərf etmir. Həmin lobbi təşkilatları hətta erməni xalqının özünü belə qurban verməyə hazırdır. Bu məsələni beynəlxalq hüquq çərçivəsinə qaldırıb, lobbi təşkilatlarının qanunsuz fəaliyyətlərinə qarşı çıxmalıyıq. Hesab edirəm ki, ermənilər hərb cəbhəsində olduğu kimi, terror planlarında da uğursuzluğa düçar olacaq. Azərbaycana sabitlik, sülh lazımdır. Biz hər zaman məsələni sülh yolu ilə həll etməyə çalışmışıq. Ermənistana isə bunları aid etmək olmaz”.

Digər Xəbərlər
Xəbər Lenti