Qurbanov yüksəlişdə, Regekampf enişdi

18 Sentyabr 2022 01:10 Araşdırma 1 070
Qurbanov yüksəlişdə, Regekampf enişdi

Avrokubokların qrup mərhələsinin II turundan sonra dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvələ karyerasını davam etdirən 500 mütəxəssis daxil edilib.

Azərbaycanın siyahıdakı yeganə təmsilçisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1595 xalla planetin 211-cidir.

50 yaşlı mütəxəssis son cədvəldəki yerini 8 pillə yaxşılaşdırıb. Bu irəliləyiş Laurentsiu Regekampfa yaxınlaşmaq imkanı verib. Hazırda iki mütəxəssisi 33 pillə ayırır.

Ölkəmizdə çalışan legioner məşqçilərdən yalnız biri “Top-500”ə düşüb. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 1627 xalla 179-cudur.

Rumıniyalı ötən siyahı ilə müqayisədə 5 xal itirib. Nəticədə Regekampf 17 pillə geriləyib.

Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncülüyü ələ keçirib – 2063 xal.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti