Pirverdiyevin söküb dağıtdığı stadiona iddia edən klub var

29 İyun 2022 17:40 Araşdırma 1 200
Pirverdiyevin söküb dağıtdığı stadiona iddia edən klub var

“Qusar” Şövkət Orduxanovun adını daşıyan stadionu uzunmüddətli icarəyə götürmək istəyir.

Region Liqasında mübarizə aparan klub bu məqsədlə Qusar İcra Hakimiyyətinə müraciət edib.

Tərəflər arasında bununla bağlı görüş və müzakirə olub.

Yerli futbol ictimaiyyətindən verilən məlumata görə, 4 ildən artıqdır sökülmüş vəziyyətdə qalan arenanın ərazısınin biznes subyektinə çevrilməsi gündəmdədir.

Rayonun mıərkəzində yerləşən idman qurğusuna bir müddət əvvəl baxış keçirilib.

Bir sıra iş adamları ərazi ilə yerindəcə tanış olub, burada geniş yaşayış massivinin tikilməsi və ticarət mərkəzlərinin yaradılması müzakirə edilib.

Artıq ərazinin yaxınlığında hündürmərtəbəli binalara rast gəlmək mümkündür. Burada 1 sot torpağın qiyməti 15-20 min manat arasında dəyişir.

Stadion hazırda “Azərenerşi”ASÇ-nin sabiq prezidenti Etibar Pirverdiyevin idarəçiliyində olan şirkətin balansındadır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) buranı illər öncə həmin şirkətin ixtiyarına verib.

Ötən əsrin ortalarında əsası qoyulan və Şövkət Orduxanovun adını daşıyan 2018-ci ilin əvvəlində təmirə bağlanıb və indi burada "bayquş ulayır".

Halbuki Etibar Pirverdiyev istəsəydi, "Azərenerji" ASC-nin prezidenti olduğu illərdə "Şövkət Orduxanov"u "təpədən-dırnağa" dəyişər, müasir kompleks edərdi.

2004-cü ildə "Şahdağ"ı himayəsinə götürən keçmiş şirkət rəhbəri bu müddət ərzində əlini ağdan-qaraya vurmadı, bir də vəzifəsindən gedəcəyini hiss etdiyi 2018-nin aprelində yadına düşdü ki, Qusarda bu adda stadion var, o da kurasyiasındakı şirkətin balansındadır.

Budur, aradan neçə il keçib, "Şövkət Orduxanov"da daş daş üstünə qoyulmayıb. Hhər tərəf "tikinti qəbirstanlığı"nı xatırladır.

Ərazidə nə tikili vardısa, hamısı yerlə bir edilib. Sökülən tribunaların arxasına beton hasar çəkilib, dairəvi çəpər 150-200 metri əhatə edir.

Tikintinin qaldığı yerdən davam etdirilməsinə, təxmini hesablamalara görə, azı 7-8 milyon manat tələb olunur. SOCAR həmin vəsaiti ödəməklə, yenidənqurma işlərini başa çatdırmağa hazırdır.

Neft şirkəti bununla Qusar futboluna yeni nəfəs gətirməyi hədəfləsə də, təəssüf ki, Etibar Pirverdiyev şəxsi maraqlarını yenə ön planda tutur.

Vəzifədən uzaqlaşdırılandan sonra meylini mal-qara fermasına salan keçmiş "Azərenerji" şefi qarşı tərəfdən stadiona xərclənən pulu istəyir.

Özü də şişirdilmiş rəqəmlərlə. Pirverdiyev iddia edib ki, inşaata indiyədək bir neçə milyon manat vəsait ayırıb, halbuki görülən işlərin miqyası heç də bunu demir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti