SİYAHI - Premyer Liqadakı futbolçuların canına düşən qorxu

15 May 2022 10:40 Araşdırma 868
SİYAHI - Premyer Liqadakı futbolçuların canına düşən qorxu

Mayın 15-də Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.

Çempionatın son 2 turuna “ayaq basan” komandaların duellərinin hansı hesablarla bitəcəyi maraq doğurmağa bilməz.

Lakin heç də bütün futbolçular mübarizənin həyəcanını meydanda hiss edə bilməyəcək. Vərəqə cəzalıları oyunları kənardan izləməyə məhkum olduğu halda, 3 “sarı”sı olanlar növbəti görüşdə iştirak etmək üçün ehtiyatı əldən verməməlidir.

26-ci turda cəmi 2 futbolçu oyunun həyəcanını meydanda hiss edə bilməyəcək. Bunlar ötən tur sarı vərəqə limitini dolduran Tyaqo Bezerra (“Neftçi”) ilə Murad Musayevdir (“Qəbələ”). Hər iki futbolçunu komandası üçün vacib fiqur adlandıra bilərik.

Əvəzində 32 futbolçu diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda oyun qaydalarına əməl etməyib 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu dəfə ehtiyatlı davranmalı olacaq. Əks halda sonuncu turu buraxmalı olacaq(lar).

3 “sarı”sı olanların siyahısını təqdim edirik:

Rüfət Əhmədov, Stefan Vukçeviç, Ülvi İsgəndərov, Emil Səfərov, Nicat Mehbalıyev (hamısı “Qəbələ”), Emin Mahmudov, Ömər Buludov, Voislav Stankoviç, Azər Əliyev (hamısı “Neftçi”), Aldair Neto, Elçin Mustafayev, Merab Qiqauri, Turan Vəlizadə, Sadio Tounkara, Stanislav Namaşko (hamısı “Şamaxı”), Cəlal Hüseynov, Coşqun Diniyev, Ağabala Ramazanov, Dmitrios Çantakias, Davit Volkov, Mohamed Hamdaui, Sərtan Taşkın (hamısı “Zirə”), Ceyhun Nuriyev, Zurab Oçiqava, Mixail Erqemlidze, Rangel (hamısı “Sabah”), Rauf Əliyev, Elmir Tağıyev, Domantas Şimkus, Məhəmməd Mirzəbəyov (hamısı “Səbail”), Kadi Borges (“Qarabağ”), Camaləddin Xocaniyazov (“Sumqayıt”).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti