İdman obyektlərinin tikintisi zamanı nə qədər işçi ölüb?

3 Dekabr 2021 15:40 Araşdırma 648
İdman obyektlərinin tikintisi zamanı nə qədər işçi ölüb?

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün idman obyektlərinin tikintisi zamanı dünyasını dəyişmiş işçilərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli Təşkilat Komitəsinin sədri Nasser Əl-Xatər mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, cəmi 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb: "Araşdırma apardıqdan sonra ictimai təşkilatlarla əlaqə saxlamışıq.

Bunu tam əminliklə deyə bilərəm. Mediada şişirdilmiş rəqəmlər var. Təəssüf ki, belə məlumatlar yayılanda mənfi fon, polemika yaranır".

Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM