"Onun ürəyi həkimlərin səhvi ucbatından “partlayıb” - VƏKİL

26 Oktyabr 2021 15:20 Araşdırma 404
"Onun ürəyi həkimlərin səhvi ucbatından “partlayıb” - VƏKİL

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın keçmiş vəkili Matias Morla məhkəmədə ifadə verib.

Sportinfo.az xəbər verir ki, vəkil Maradonanın ölümündə həkimləri günahlandırıb.

O, Dieqonun ürəyinin qeyri-adekvat müalicə nəticəsində “partladığını” bildirib:

“Həkimlər xeyli səhvə yol verdilər. Maradona məhz onların səhvləri ucbatından öldü. Mən Dieqonun durumu ilə bağlı hamını məlumatlandırmışdım.

Ölümündən sonra məlum oldu ki, əsl səbəb bədəndə yığılan artıq su imiş. Ailəsinin Dieqonun evdə müalicə olunması ilə bağlı qərarı ağlasığmaz idi. Həkimlər onun klinikada qalmasını israr ediblər”.

Maradona 60 yaşında dünyasını dəyişib. Rəsmi açıqlamada ölüm səbəbi kimi xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödəmi göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti