"Qəbələ"lilər, yoxsa "qol maşını"?

25 Sentyabr 2021 15:00 Araşdırma 573
"Qəbələ"lilər, yoxsa "qol maşını"?

Azərbaycan Premyer Liqasında 4 tur arxada qalıb.

Bu gün 5-ci tura start veriləcək.

Artıq indidən bombardirlər cədvəlində amansız mübarizə gedir.

İlk pillənin üç şəriki var. David Volkov ("Zirə"), Ülvi İsgəndərov ("Qəbələ") və Filip Ozobiç ("Qarabağ") öz aktivilərinə 3 qol yazdırmağı bacarıblar.

Sıralamada sonrakı yerləri 2 qolla 9 futbolçu - Rəhim Sadıxov ("Sumqayıt"), Fəhmin Muradbəyli ("Neftçi"), Musa Qurbanlı ("Qarabağ"), Yaovi Akakpo ("Qəbələ"), Vadji İbrahima ("Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Rafael Utziq ("Qəbələ") və İsnik Alimi ("Qəbələ") gəlir.

Turnir cədvəlində olduğu kimi bombardirlər cədvəlində də söz yiyəsi "Qəbələ"li futbolçulardı.

Belə ki, cədvəldəki 11 qolçudan 4-ü Bölgə klubunun payına düşür.

Maraqlıdır ki, siyahıda olan və hazırda uyğun olaraq "Qarabağ"la "Zirə"də çıxış edən Filip Ozobiç ilə David Volkov da sabiq "Qəbələ"li sayılırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu