"Qəbələ"nin I Liqaya yolu açılır… FOTOREPORTAJ

21 Avqust 2023 03:20 Qəbələ 1 325
"Qəbələ"nin I Liqaya yolu açılır… FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin qollarını 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurub.

"Qırmızı-qaralar"dan isə 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Premyer Liqada rəqibindən bir oyun az keçirən "Sumqayıt" ikinci qələbəsini qazanıb. Meydan sahibləri isə hər üç qarşılaşmadan məğlub ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti