“Qəbələ” I Liqaya düşməkdən son anda - pley-offdakı qələbəylə xilas oldu.
İllər sonra Premyer Llqaya qayıtmış Kaxaber Sxadadze ilk sınaqda ümidəıri doğrultmadı.
Büdcəsi çoxmilyonlu, legionerləri keyfiyyətli olan ovaxtkı “İnter Bakı” ilə çempionluq qazanan gürcü mütəxəssis Azər Bağırov, Ayxan Abbasov, Tərlan Əhmədov kimi çətin günün məşqçisi deyil.
Birinci Liqada birnəfəsə çempionluq qazanmaq olar, amma rəqabətin hər il artdığı Premyer Liqada baş çıxarmaq, görünür, Kaxa ücün artıq çətindir.
“Qəbələ” ilk 4 turda cəmi 1 xal qazanmışdı. Onu da liqada qalmaq mübarizəsində əsas rəqiblərindən olan “Karvan Yevlax”la oyunda.
İlk qələbə “Kəpəz”lə görüşdə əldə edildi, ardınca 7 tur qələbəsizlik. Daha sonra belə bir tilsimə yanvarda – “İmişli” üzərində qələbədən sonra düşdülər.
Aprelə qədər - 8 oyun “Qəbələ”nin qələbəsi olmadı. Sadəcə, “Karvan Yevlax”ın çox bərbad vəziyyətdə olması “Qəbələ”ni sonuncu olmaqan xilas etdi.
Liqada qalmaq üçün pley-off görüşündə isə “Qəbələ” hər cəhətdən - büdcə, heyət baxımndan üstün olduğu “Mingecevir”i 2:0 hesabıyla məğlub edərək, azarkeşlərinə ikinci dəfə liqadan düşmə şokunu yaşatmadı.
Komanda mövsüm ərzində yerli oyunçulara güvəndi, hər turda start heyətində 4-5 milli futbolçuya yer verdi.
Yenə legioner limitinin ləğvi yadıma düşdü – buyurun, yerli futbolçular - özünüzü sübut edin!
Sonra itib-batanda, I Liqa və II Liqada gün keçirəndə, “vaxtında əsas komandada bizə şans verilmədi” deyib, şikayətənlənməyisiz ha! Heç olmasa, komanda yoldaşınız və həmyaşıdınız Prins Ovusudan numunə götürün.
Eşqin Əhmədov, Nicat Əliyev, Şahin Şahniyarov, Nuğay Rəşidov bəzi matçlarda elə möhtəşəm oynayırdılar ki, növbəti mövsümdə “yəqin azı “Neftçi”, “Qarabağ”. “Sabah”dan təklif alarlar” deyə düşünürdük.
Bəzən də meydanda elə görünürdülər ki, fikirləşirdin, bu oyunçular Premyer Liqa səviyyəsində deyil.
“Qəbələ”nin bəzi legionerləri də ciddi fərq yarada biımədi. Adriel Ba Lua öz keyfinə oynayan təsiri bağışladı.
Sanqare, Kuimbila, Kunde yararsız idilər. Xayme Syerra, Seydina Keyta, İsmael Akinade, 9 qolla klubun bu mövsüm bombardiri olan Domi Massumo və gənc Prins Ovusu komandaya az-çox fayda verdilər.
Amma yeni mövsüm üçün komandanı yenidən yığmaq lazım gələcək, əks təqdirdə, gələn il heç pley-offa da qalmaya bilərlər.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

